Bu ərzaqlar kəskin bahalaşdı
10.01.2020
Dünyada ərzaq qiymətlərinin kəskin bahalaşması müşahidə olunur.
Xəbər verildiyi kimi, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, təkcə bir rüb ərzində ərzaq qiymətləri 7,5 faiz bahalaşıb. Bu, son beş il ərzində qeydə alınan ən yüksək göstəricidir.
Hesabatda bildirilir ki, ən çox süd məhsulları, palma yağı və şəkər bahalaşıb.