Mərhum nazirin oğlu seçkilərə qatılacaq
10.01.2020
Keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğlu, Rəşad Camalov 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Rəşad Camalov 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Xəbər verildiyi kimi, Rəşad Camalovun ötən ilin dekabr ayının 30-da namizədliyi qeydə alınıb.