NASA Marsa vertolyot göndərəcək
12.05.2018
ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) 2020-ci ildə Marsa vertolyot göndərməyi planlaşdırdığını bildirib.
"Dövran Media" xəbər verir ki, agentliyin mütəxəssisləri aparatın üzərində 4 il çalışıblar. Ölçüsünə görə top boyda olan qurğunun ağırlığı 1,8 kiloqramdır. Onun ikili pəri dəqiqədə 3 min dövrə vurur ki, bu da adi vertolyotda olduğundan 10 dəfə çoxdur.
Aparat məsafədən idarə olunacaq; o, marsın üzərində hərəkət edən qurğuların keçə bilmədiyi bölgələrdə istifadə ediləcək. Vertolyot 55 kilometrə qədər uzaqlıqdan siqnal ötürə və 30 kilometrdən çox hündürlüyə qalxa biləcək. O, digər planetlərdə istifadə edilən havadan ağır ilk uçan aparat olacaq.
Marsoxod vertolyotla birgə 2020-ci ildə Qırmızı planetə yola salınacaq və 2021-ci ildə oraya çatacaq. Missiya Marsda həyatın mövcudluq imkanlarını tədqiq edəcək.