21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gəncə hadisələrində həbs edilən 2 nəfər buraxıldı

09.01.2020

Gəncə hadisələri ilə əlaqədar həbs edilən Cabir Əzizov və Fikrət Mirzəliyev azadlığa buraxılıb.
Hər iki məhkumun cəza müddəti başa çatıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əzizov 5 il, F.Mirzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsində onların cəzasını 1 il 6 aya qədər azaldılıb. /trend/