Yaponlar İranı tərk edir
09.01.2020
Yaponiyanın böyük bankları "Mitsubishi UFJ Financial Group”, "Sumitomo Mitsui Financial Group” və "Mizuho Financial Group” Yaponiya vətəndaşlığı olan şəxslərə Tehranı tərk etmək barədə tapşırıq verib.
Xəbər verildiyi kimi, bu barədə məlumatı NHK televiziyası yayıb.
Məlumata görə, qərar Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ucbatından qəbul edilib.
Bu bankların əməkdaşlarından İranla qonşu ölkələrə səfərlərdən imtina etmələri də tələb edilib.