İran hərbi əməliyyatları dayandırdı - Rəsmi açıqlama
09.01.2020
İran Qasım Süleymaninin qisası üçün həyata keçirdiyi əməliyyatı bitirdi və ABŞ-ın növbəti təcavüzü olmayacağı təqdirdə yeni hərbi əməliyyatlar keçirməyəcək.
Bu sözləri İranın BMT-də daimi nümayəndəsi Məcid Taxt-Ravançi TASS agentliyinin rəsmi Tehranın Donald Trampın çıxışına olan reaksiyasına dair sualına cavab verərkən söyləyib.
"Bizim hərəkətlərimiz Qasım Süleymaninin ölümünə mütənasibdir. Onlar tamamlandı.
Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirməyəcəksə, biz də öz növbəmizdə hərbi əməliyyatlara əl atmayacağıq”, - Məcid Taxt-Ravançi açıqlamasında bildirib.