İrandan ABŞ-a şok xəbərdarlıq
09.01.2020
"ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.
"Region dövlətləri ABŞ-ın təhlükəli sərgüzəştlərindən ciddi narahatdırlar. ABŞ-a qarşı mövcud olan nifrət miqyasına əsaslanasaq, ölkənin bölgədəki mövcudluğuna bir neçə gün qalıb. Əlbəttə, ABŞ-ın bölgədə gələcəyi yoxdur.
Cəhalət və təkəbbür, birləşərsə təhlükəli nəticələrə səbəb olar. Son addımların nəticəsi göstərdi ki, ABŞ prezidenti Donald Tramp məhz belə insanlarla əhatə olunub”, - o qeyd edib.