"Optimal"ın yük maşını aşdı
09.01.2020
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 101-ci kilometrliyində, magistralın rayonun Məhəmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini,1989-cu il təvəllüdlü Asim Nofəl oğlu Quliyevin idarə etdiyi, Optimal Elektronika MMC-yə məxsus məişət əşyalarını daşıyan "İsuzu" markalı, 99 JS 534 dövlət nömrə nişanlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı şirkətin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində yük avtomobilində olan məişət texnikası və avadanlıqları ətrafa səpələnərək yararsız hala düşüb.
Faktla bağlı araşdırmalara başlanılıb.