Badamdar sürüşmə sahəsində AKTİVLƏŞMƏ
09.01.2020
Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib.
Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Sürüşmə sahəsində monitorinqlər aparılır.