Rusiya ilə əməkdaşlığımız çox uğurludur - Ərdoğan
08.01.2020
Rusiya Türkiyə üçün əsas qaz tədarükçüsü olaraq qalır. Ölkələr energetika sahəsində yeni birgə layihələr reallaşdıracaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını” kəmərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə deyib.
"Türkiyənin qaza olan tələbatı artır. Rusiya bizim üçün əsas tədarükçüdür. Bu ölkədən 400 milyard kubmetr qaz almışıq. Bizim energetika sahəsində əməkdaşlığımız çox uğurludur”, - Ərdoğan bildirib.
Qeyd edək ki, "Türk axını” kəmərinin İstanbulda keçirilən açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandr Vuçiç və Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak edir.