İran müdafiə naziri: ABŞ-ın dərsini verdik
08.01.2020
Tehran Vaşinqtonun mümkün hücumlarına proporsional formada cavab verəcək.
Bunu İran Müdafiə naziri Əmir Hatəmi deyib.
"Biz yaxın mənzilli raketlərdən istifadə etmişik. Ümid edirəm ki, bu, ABŞ-ın xatırlayacağı dərs olacaq. İran Amerikanın etdiklərinə proporsional cavab verəcək”, – deyə o bildirib.