Trampın bu hücuma cavab səlahiyyəti var - AÇIQLAMA
08.01.2020
İranın "İsraili məhv etmək” sözləri zarafat deyil.
Bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem Prezident Donald Trampla telefon danışığı zamanı deyib.
"Raketlər İrandan atılıb. Prezidentin cavab vermək səlahiyyəti var. Bu, son 40 ildir Yaxın Şərqə xərçəng olan rejim tərəfindən həyata keçirilən savaş həmləsidir. İsraili məhv etmək istədiklərini dedikdə zarafat etmirlər”, – deyə o bildirib.
Jurnalistlər qarşısına çıxan Qrehem Tehrana müraciət edərək, İranın iqtisadi varlığını davam etdirməsiylə bağlı taleyinin öz əllərində olduğunu bəyan edib.