Dünyanın “ən güclü” pasportları siyahısında Azərbaycanın yeri
08.01.2020
İsveçrənin "Henley&Partners” şirkətinin tərtib etdiyi dünyanın "ən güclü” pasportlarının reytinqində Azərbaycanın da adı var. Reytinqdə 199 ölkə iştirak edib.
Bu barədə Sputnik.kz saytı məlumat yayıb. Şirkət "ən güclü” pasportları müəyyən etmək üçün Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) məlumatlarından istifadə edib.
Reytinq seçilmiş ölkə vətəndaşlarının neçə xarici dövləti vizasız və sadələşdirilmiş qaydada ziyarət edə biləcəyini ifadə edən hərəkət azadlığı indeksinə əsaslanır.
Siyahıya əsasən, Yaponiya və Sinqapur vətəndaşları dünyanın "ən güclü” pasportlarına sahibdirlər. İlk sıraya, həmçinin, Almaniya, Cənubi Koreya, Finlandiya, İtaliya, Lüksemburq, İspaniya və Danimarka daxildir.
Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.