Qəza ilə bağlı açıqlama
08.01.2020
Ukrayna Hava Yolları İranda qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir ki, qəzaya uğrayan "Boeing 737-800 NG” 2016-cı ildə birbaşa konsernin zavodundan alınıb. Sonuncu dəfə texniki baxışdan 2020-ci il yanvarın 6-da keçirilib. Qəzanın səbəbi Ukrayna, İran və "Boeing” şirkətinin mütəxəssisləri ilə birgə araşdırılacaq.
Xatırladaq ki, yanvarın 8-də Tehrandan havaya qalxan təyyarə qısa müddətdə qəzaya uğrayıb. Qəzaya ilkin səbəb kimi mühərrikin alışması göstərilir. Göyərtədə 180-ə yaxın sərnişin və ekipaj üzvünün olduğu bildirilir.