Təyyarə qəzasında ölənlər bu ölkələrin vətəndaşlarıdır
08.01.2020
İranda qəzaya uğrayan Ukraynaya məxsus "Boeing-737” təyyarəsinin sərnişinlərinin vətəndaşlıqları açıqlanıb. Məlum olub ki, onların əksəriyyəti digər dövlətlərin vətəndaşları olub.
Bu barədə "Ukraina 24/7” "Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, göyərtədə iki ukraynalı, Ukraynadan təxminən 13 heyət üzvü, həmçinin, 71 İran vətəndaşı, 73 kanadalı, səkkiz İsveç vətəndaşı, altı Əfqanıstan vətəndaşı, dörd Almaniya vətəndaşı və üç britaniyalı olub.