İranın hücumu nefti bahalaşdırdı
08.01.2020
İranın İraqdakı ABŞ hərbi bazalarına hücumu neft qiymətlərini bahalaşdırıb.
Xəbər verildiyi kimi,"Brent” markalı neftin qiyməti 1,36% və ya 0,93 dollar artıb. Bununla da "Brent” markalı neftin qiyməti 69,2 dollar təşkil edib.
WTI markalı neft isə 1,28% bahalaşaraq, 63,5 dollara çatıb.