Şok iddia: İran Ukrayna təyyarəsini özü vurub?..
08.01.2020
Ukraynanın sərnişin təyyarəsi İranda raket zərbəsi nəticəsində qəzaya uğrayıb.
Xəbər verildiyi kimi, bu iddia ilə İordaniyanın "Əl Adat” qəzeti çıxış edib. Qəzetin iddiasına görə, təyyarə İranın ABŞ-ın İraqdakı bazasına atdığı raketlərdən birinə tuş gəlməsi ucbatından partlayıb.
Məlumatda Ukrayna təyyarəsinin Tehran hava limanından qalxma vaxtının İranın raket hücumlarını başlatmasıyla eyni vaxtda düşdüyü də xatırladılıb.
Rusiyalı ekspertlər də qəzanın kənar müdaxilə nəticəsində baş verdiyini istisna etmirlər. Amma onların fikrincə, bu, olduqca az ehtimaldır. Çünki mühərrikdə başlayıb və ən əsasə da göyərtə parçalanmamış vəziyyətdə qalıb.
Tehran hava limanının təmsilçisi də təyyarənin qəzaya uğrama səbəbini açıqlayıb.
Onun sözlərinə görə, sərnişin təyyarəsi mühərrikdəki yanğın səbəbindən qəzaya uğrayıb.