Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
08.01.2020
ABŞ Prezidenti Donald Tramp təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
"CNNTürk”ün verdiyi xəbərə görə, iclas İranın ABŞ hərbi bazalarını vurması ilə bağlı keçirilib.
Fövqəladə toplantıya Trampın köməkçisi Mayk Pens, Xarici İşlər naziri Mayk Pompeo və Müdafiə naziri Mark Esper qatılıb.
Adıçəkilən vəzifəli şəxslərin iclasa böyük sənədlərlə, qalın dosyelərlə qatıldığı bildirilir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ əsgərlərinin İraq, Əsəd və Ərbil bazalarına yerləşdirdiyi 12-dən çox ballistik raket hücumu ilə bağlı ilk zərərin qiymətləndirilməyə çalışıldığını açıqlayıb.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu edib.