Süleymaninin dəfnində 16-sı uşaq olmaqla, 78 nəfər öldü
08.01.2020
ABŞ-ın hava hücumu zamanı Bağdadda öldürülən iranlı general Qasım Süleymaninin dəfn mərasimi zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 78-ə çatıb.
"Haber7” xəbər verir ki, ölənlərdən 16-sı uşaqdır.
Məlumatlara görə, izdiham zamanı 230 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, Q.Süleymani Kirman şəhərində dəfn edilib.