Məhəmməd Cavad Zərif : İranın özünü müdafiə etmək hüququ var
08.01.2020
Amerikanın İraqdakı hərbi bazalarına ona görə raket zərbələri endirilib ki, bir daha İranın yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd baş verməsin.
Bu bəyanatla İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib. Nazir bildirib ki, BMT Nizamnaməsinin 51-ci bəndinə əsasən İranın özünü müdafiə etmək hüququ var. ABŞ-ın İraqdakı hərbi bazalarının raketlərlə vurulması müdafiə xarakteri daşıyır.
M.C.Zərif qeyd edib ki, İran yeni müharibənin alovlanmasını istəmir. Lakin rəsmi Tehran özünü müdafiə etməkdən də çəkinmir və çəkinməyəcək.