ABŞ bazasına raket zərbələri endirilib
08.01.2020
ABŞ-ın İraqdakı bir neçə bazasına raket zərbələri endirilib.
TASS informasiya agentliyi xəbər verir ki, raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib. "Press TV” telekanalının məlumatına əsasən, raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.
Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.
Ölənlər və yaralananlar barədə məlumat verilmir.