ABŞ ən çox əsgəri bu ölkələrdə saxlayır
07.01.2020
Beynəlxalq hərbi güc meyarlarını toplayan "Global Fire Power” tərəfindən ən çox ABŞ əsgərinin olduğu ölkələrin adları açıqlanıb.
Xəbər verildiyi kimi, ABŞ-ın İncirlik bazasında təxminən 2 500 ABŞ əsgəri var.
Suriyada isə 800 ABŞ əsgəri var. Tramp hökumətinin 2019-cu ilin noyabrında Suriya ərazisindən əsgərlərini geri çəkməsinədək onların sayı 2000 nəfər idi.
Oman: 600 əsgər. Rəsmi Vaşinqtonla 4.5 milyon əhalisi olan Oman arasında 2019-cu ilin mart ayında imzalanan müqaviləyə görə, ABŞ təyyarələri və döyüş gəmiləri ölkə limanlarından istifadə edə bilər. Hörmüz boğazı bu baxımdan strateji əhəmiyyət daşıyır.