21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Neftin qiyməti sürətlə bahalaşa bilər

07.01.2020

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) "Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib.
Xəbər verildiyi kimi, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək.
Məlumata görə, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına zəncirvari təsir göstərəcək ki, bu da istehlakçılar üçün geniş çeşiddə malların qiymətinin qalxmasına səbəb olacaq.
Beynəlxalq ekspertlərə görə, Tehran dünya neft daşımalarının beşdə biri düşən Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.