Almaniya hərbçilərini İraqdan çıxarır
07.01.2020
Almaniya İraqdakı hərbi təlimatçıların Küveyt və İordaniyaya keçirməyə hazırdır.
Xəbər verildiyi kimi, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer parlamentə ünvanladıqları məktubda yazıb.
Nazirlər bildirib ki, Ət-Taci və Bağdadda yerləşən bazalarda xidmət edən almaniyalı həbi təlimatçılar yaxın zamanlarda ölkədən çıxarılacaq:
"Təlimləri bərpa etmək mümkün olduqdan sonra, hərbçilər İraqa qayıdacaq”.
Qeyd edək ki, hazırda İraqda təlimlə məşğul olan 120 alman hərbçisi fəaliyyət göstərir.