12 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Ərəb Dövlətləri Liqası bəyanat yayıb

06.01.2020

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Abul Qeyt Liviyanın paytaxtı Tripolinin cənubunda Əl-Hadbe rayonundakı hərbi akademiyaya aviasiya zərbələrini kəskin şəkildə pisləyən bəyanat verib.
MENA informasiya agentliyi xəbər verir ki, bəyanatda insident nəticəsində həlak olan insanların ailələlərinə dərin hüznlə başsağlığı verilib, yaralanan insanlara tezliklə sağalmaları arzulanıb. Baş katib mülki obyektlərə və tibb ocaqlarına edilən hava hücumlarının ağır cinayət olduğunu da vurğulayıb. Bəyanatda tərəflərə silahlı münaqişəni dayandırmaq və münaqişəni danışıqlar yolu ilə həll etmək barədə çağırış yer alıb. Ərəb Dövlətləri Liqası Liviya xalqı ilə tam həmrəy olduğunu qeyd edərək bildirib ki, bu ölkədə sülhə nail olmaq istiqamətində səylərini davam etdirəcək.