İraq parlamenti xarici qüvvələrə YOX deyib
05.01.2020
İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılmasının lehinə səs verib
Yanvarın 5-də İraq parlamentinin Nümayəndələr Şurasının təcili iclası keçirilib.
TASS agentliyi xəbər verir ki, iclasda qəbul olunan qətnamədə deputatlar hökumətdən xarici qüvvələrin ölkə ərazisindən çıxarılmasını və beynəlxalq antiterror koalisiyası ilə bağlanmış təhlükəsizlik müqaviləsi çərçivəsində əməkdaşlığı dayandırmasını tələb ediblər.