Həlak olanların sayı 53-ə çatıb
05.01.2020
İndoneziyanın paytaxtı Cakarta şəhərində və ətraf rayonlarda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, daha bir nəfər itkin düşüb.
Bu barədə İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 170 mindən çox insanın təxliyə edildiyi bildirilir.
Xatırladaq ki, 2019-cu il dekabrın 31-də İndoneziya paytaxtına yağan leysan yağışlar zamanı Cakartanın böyük bir hissəsi və ətraf rayonlar su altında qalıb.