Qisas ağır olacaq!
03.01.2020
İran SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas alacaq.
Bunu SEPAH-ın keçmiş rəhbəri, İran Ali dini lideri yanında Məsləhət Şurasının katibi Möhsün Rzayi deyib.
"Qasım Süleymani şəhid ölümüylə öz qardaşlarına qatılıb. ABŞ-dan ağır qisas alacağıq”, - deyə o bildirib.
İran Prezidentinin müşaviri Hüsaməddin Aşina ABŞ-ın özü üçün Yaxın Şərqdə təhlükəli situasiya yaratdığını söyləyib. O, ABŞ-ın bu situasiyanın nəticələrinə hazırlaşmalı olduğunu deyib.
Qeyd edək ki, Süleymani bundan öncə Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb. Onunla bərabər Haşdi Şabi qruplaşmasının yüksək vəzifəli üzvləri də qətlə yetiriliblər.