Təhlükəli terrorçu məhv edilib
03.01.2020
Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) ötən ilin noyabrında İraqın şimalında YPG/PKK terror qruplaşmasına qarşı həyata keçirdiyi antiterror əməliyyatı uğurlu nəticə verib.
Müəyyən olunub ki, bu xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilən şəxs YPG/PKK terror təşkilatında təhlükəsizlik məsələlərinə baxan "Koçer" ləqəbli Mətin Arslandır.
Sincar Hanesor bölgəsində məhv edilən M.Arslan PKK-nın başçısı Abdullah Ocalanın dayısı oğludur. O, Türkiyə hökumətinin təhlükəli terrorçular siyahısına daxil edilmişdi. Bir sıra cinayətlərdə ittiham olunan M.Arslan Türkiyədə ağır terror aktlarının təşkilatçısı olub. O, 2017-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin endirdiyi aviasiya zərbəsi nəticəsində yaralanmışdı.