Prokuror işdən çıxarıldı
03.01.2020
Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb.
"Report"un verdiyi məlumata görə, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev işində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad edilib.
Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015- ci ildə Bərdə rayonuna təyinat alıb.