Süleymani öldürüldü
03.01.2020
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymani Bağdadın hava limanına raket zərbələri endirilməsi nəticəsində həlak olub.
Bu barədə dünyanın nüfuzlu xəbər agentlikləri, televiziya kanalları, eləcə də İran dövlət televiziyası məlumat yayıb.
Pentaqon da Q.Süleymaninin Prezident Donald Trampın təlimatı ilə öldürüldüyünü təsdiq edib.
Generalın ölümündən sonra D.Tramp Tvitter hesabında ABŞ bayrağının fotosunu paylaşıb.
Qeyd edək ki, bir qədər əvvəl İraqın paytaxtı Bağdadda hava limanının raket atəşinə tutulması nəticəsində azı 8 nəfərin öldüyü bildirilmişdi.