Keçmiş məhkum TUTULUB
03.01.2020
Suraxanı rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələri ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.