Təyyarə qəzası: 15 nəfər həlak olub
03.01.2020
Sudanda təyyarə qəzaya uğrayıb, 15 nəfər həlak olub
Sudanın Qərbi Darfur əyalətində "An-12” təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində15 nəfər həlak olub.
Al-Arabiya telekanalı xəbər verir ki, ölənlər arasında yerli hakimlər korpusunun üç nümayəndəsi də var. Həmçinin sərnişinlərdən birinin Dünya Ərzaq Təşkilatının nümayəndəsi olduğu bildirilir.
Hərbi təyyarə havaya qaxdıqdan bir qədər sonra El-Qeneyna şəhərinin aeroportundan beş kilometr aralıda yerə çırpılıb. Telekanalın məlumatına əsasən, göyərtədə ekipajla yanaşı, "yerli məmurlar” da olub. Təyyarədəkilərin hamısının həlak olduğu bildirilir.
Hadisənin digər təfərrüatları hələlik açqlanmayıb.