Merkel: Avropa ABŞ-a ümid bəsləməməlidir
11.05.2018
Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır. "Dövran Media"nın "Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.
"ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, - deyə Merkel qeyd edib.
A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.