21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bayram günlərində gözlənilən hava proqnozu

30.12.2019

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva dekabrın 30-dan 31-nə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, dekabrın 31-i günün ikinci yarısında isə kəsiləcəyinin gözlənildiyini deyib.
O bildirib ki, Yeni İlin ilk günü ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır: "Yanvarın 1-i və 2-si ölkə ərarisində hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yanvarın 6-dan isə hava mülayimləşəcək və yağmursuz olacaq".
U.Tağıyeva qeyd edib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub: "Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 sm olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir".