Almaniya da belə avtomobil təqdim edəcək - Türkiyədən sonra
30.12.2019
Almaniyanın məşhur avtomobil şirkətlərindən biri olan "Volkswagen” yeni elektrik mühərrikli avtomobilini təqdim etməyi planlaşdırır.
Xəbər verildiyi kimi, şirkət "ID. Crozz” adını verdiyi yeni avtomobilini 2020-ci ildə təqdim edəcək.
Avtomobilin SUV (Sport Utility Vehicle – İdman avtomobili) olacağı bildirilib.
Qeyd edək ki, Türkiyə ötən həftə yerli istehsalı olan "TOGG" elektrik mühərrikli avtomobilini təqdim edib. Bu avtomobilin kütləvi istehsalına 2022-ci ildə başlanacaq.