27 nəfər qeydə alındı, 74 nəfər iştirakını dayandırdı
29.12.2019
Parlament seçkilərində iştirak üçün 1808 nəfər müraciət edib. 125 yerə 15 nəfər düşür.
Xəbər verildiyi kimi, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, 350 iddiaçı 18 siyasi partiyanı təmsil edir:
"11 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 1808 nəfərdən 662-nin siyasi mənsubiyəti var. 1447 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. Namizədliyi irəli sürülənlərdən 1348 təsdiq edilib. 1142 imza vərəqi götürüb, 159 nəfər artıq imza vərəqlərini qaytarıb. 27 iddiaçı artıq namizəd kimi qeydə alınıb. Onlardan 1-i siyasi partiya üzvüdür. Hesab edirəm ki, qeydə alınma bu günlərdə sürətlə gedəcək. 74 nəfər mübarizəni dayandırıb”.