Yenə hücum: on minlərlə insan Türkiyə tərəfə qaçıb
29.12.2019
Bəşər Əsəd ordusunun İdlibə hücumları davam edir. Son 3 gündə Türkiyə sərhədlərinə doğru 47 min mülki insan qaçıb.
Xəbər verildiyi kimi, son dövrlər İdlibdən Türkiyə sərhədlərinə yaxın bölgələrə köç edən insanların sayı 264 min nəfəri keçib.
Əsəd ordusu dekabrın 15-dən İdlib regionuna aramsız hücumlar təşkil edir. Hücumları 1 gün dayandıran Əsəd rejimi dünəndən müxalifət güclərinin və mülki insanların yaşayış məntəqələrinə yenidən zərbələr endirib.
Yerli qaynaqlar qeyd edirlər ki, Əsəd ordusu cümə və cümə ertəsi günü raket, rop və havadan hücumları davam etdirib.