Təyyarə qəzasının dəqiq xronologiyası açıqlandı
29.12.2019
Almatı Beynəlxalq Hava Limanının mətbuat xidməti özlərinin "Facebook” səhifələrində, "Bek Air” aviaşirkətinin dekabrın 27-də qəzaya uğramış "Fokker-100” təyyarəsinin uçuşunun dəqiq xronologiyasını dərc edib.
Bu barədə Lenta.ru xəbər yayıb.
Bildirilir ki, saat 07:03-də (bu və bundan sonra - yerli vaxtın Bakı vaxtı ilə fərqi dörd saatdır - red.) eniş başa çatıb, saat 07:21-də layner uçub. Bir dəqiqədən sonra təyyarə radarlardan itib, daha iki dəqiqədən sonra hava limanının bütün qəza-xilasetmə xidmətləri üçün həyəcan elan olunub. Saat 07:35-də hadisənin dəqiq harada baş verdiyi barədə məlumat gəlib və saat 07:36-da ilk yanğınsöndürənlər ora çatıb. Saat 07:42-də bütün şəxsi heyət ora yollanıb.
Saat 08:10-da hadisə yerindən qəzaya uğrayan təyyarənin sərbəst hərəkət edə bilən bütün sərnişinləri terminala təxliyyə edilib.
Xatırladaq ki, dekabrın 27-də səhər "Bek Air” aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 12 nəfər ölüb, 67 nəfər yaralanıb.Ümumilikdə göyərtədə 93 sərnişin və beş heyət üzvü olub. Qazaxıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəzanın səbəblərinin ehtimal olunan variantları arasında texniki nasazlıq, pilot səhvi və əlverişsiz hava şəraiti hesab olunur.