Ukrayna əsirlərin dəyişdirilməsinə başladı
29.12.2019
Qorlovka şəhərində Ukrayna ilə Donetsk və Luqansk separatçıları arasında son iki il ərzindəki ilk əsir dəyişdirilməsi prosesinə başlanılıb.
Xəbər verildiyi kimi, bu barədə məlumatı Donetsk separatçılarının "ombudsmanı” Darya Morozova yayıb.
Qeyd edək ki, Donetsk və Luqansk Kiyevə 55 nəfəri təhvil verəcək, qarşı tərəf isə bunun müqabilində 87 nəfəri sərbəst buraxacaq.