21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Estoniya Prezidenti: “Nəvələrim rus uşaq bağçasına gedirlər”

29.12.2019

Estoniya Prezidenti Kersti Kalyulayd nəvələrinin Rusiya uşaq bağçasına getdiyini söyləyib. Onun fikrincə, uşaq uşaqlıqdan "ən azı bir, yaxşı halda iki dil” öyrənməlidir.
Xəbər verildiyi kimi, bu barədə o, "ERR”ə verdiyi müsahibədə bildirib.
K.Kalyulayd "uşaqlarının ruslarla təhsil almasına razı olarmı” sualına da cavab verib. Deyib ki, uşaqlarından sinif yoldaşlarının məktəbdə hansı dildə danışdıqlarını soruşmur.
"Mənim nəvələrim ümumiyyətlə, rus uşaq bağçasına gedirlər. Məhz buna görə bizim ailəmizdə yalnız bir dil bilən 7 yaşlı uşaq düşüncəsiz bədxərc hesab olunur”, – deyə o bildirib.
Əlavə edib ki, onun kiçik uşaqları uşaq bağçasına getdikləri dövrdən üç dil bilirlər. Kalyulayd qeyd edib ki, o, "dil zənginliyini yüksək qiymətləndirir”.
Noyabr ayında Estoniya Prezidenti Rusiyanı "ən çətin tərəfdaş” adlandırmışdı.