İtaliya Ali Məhkəməsindən şok qərar - narkotiklə bağlı
29.12.2019
İtaliyada narkotik bitkilərin becərilməsi sərbəst olub.
Xəbər verildiyi kimi, ölkənin Ali Məhkəməsi evdə şəxsi istifadə üçün narkotik bitkilərin becərilməsinin cinayət olmadığına qərar verib.
Hökumət Ali Məhkəmənin qərarını dəstəkləyib. Radikal sağçı müxalifətin isə reaksiyası sərt olub.
"5 Ulduz” hərəkatının senatoru Matteo Mantero şəxsi istifadə üçün narkotik becərmənin qanuniləşdirilməsi üçün 2020-ci büdcəsinə dəyişiklik edilməsinə dair təklif irəli sürüb.