Şimali Koreya amerikalı əsirləri AZAD ETDİ
10.05.2018
ABŞ prezidenti Donald Trampın tələbi ilə Şimali Koreya amerikalı əsirləri sərbəst buraxıb.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Şimali Koreya ilə danışıqların davam etdirilməsi üçün amerikalı 3 əsirin sərbəst buraxılmasını şərt olaraq irəli sürmüşdü. Şimali Koreya bu tələbi qəbul edərək əsirləri azadlığa buraxıb.
Məlumatda qeyd olunur ki, bu gün səhər ABŞ-a çatan əsirləri Tramp şəxsən özü qarşılayıb. Üçünün də səhhətinin qaydasında olduğu bildirilir. Şimali Koreya prezidenti Kim Jonq Unun bu şərti qəbul etməsi isə Trampın diplomatik qələbəsi kimi şərh olunub.