İmamoğlu: Ərdoğan dəvət etsə, qaça-qaça gedərəm
29.12.2019
İstanbulun Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu İyi Partiyanın sədri Maral Akşənərlə görüşüb.
Xəbər verildiyi kimi, Akşənərin İstanbuldakı evində baş tutan görüşdə İmamoğlunu həyat yoldaşı və qızı müşayiət edib.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ehtimal olunan görüş haqda da danışıb:
"Cənab prezidentlə görüş baş tutsa, qaçqın məsələsini və "Kanal İstanbul” layihəsini müzakirə etmək istəyirəm. Nəyin yanlış olduğunu şəxsən özünə çatdırsam, daha yaxşı olar. Belə bir görüşün baş tutmasını israrla xahiş edəcəyəm.
Cənab prezident dəvət etsə, qaça-qaça gedərəm. Layihənin bəzi yanlış tərəflərini özünə bildirmək istəyirəm”.