Bu yol 3 gün bağlı olacaq
29.12.2019
Bakının Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, "Koroğlu” metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Xəbər verildiyi kimi, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir. Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.