03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mənzil satılarkən vergi güzəşti tətbiq ediləcək

28.12.2019

Mənzil mülkiyyətçiləri 5 il müddətində yaşayış sahəsində qeydiyyatda olduqları halda mənzillərini satarkən vergidən azad idilərsə, bu müddət 3 təqvim ilinə endirilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azərtac-a bildirilib ki, Vergi Məcəlləsində ediləcək bu dəyişikliklər sosial xarakterli güzəşt olmaqla, əhalinin maliyyə-vergi yükünün azaldılması məqsədini daşıyır. Digər tərəfdən, yaşayış sahəsində qeydiyyat müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən hər zaman 30 kvadrtametrə görə vergi güzəşti əldə edəcək. Məsələn, 70 kvadrtametrlik evini satan vətəndaş üçün 30 kadratmetr çıxılmaqla qalan 40 kvadrtmetrə görə vergi hesablanacaq. Bununla yanaşı, hər kvadratmetrə görə 15 manat baza vergi məbləği müəyyən edilib ki, bu da zona əmsallarına vurularaq hesablanır. Nəticədə, vətəndaşlar hər mənzil satışı zamanı 450 manat baza vergi məbləği qədər güzəşt əldə etmiş olurlar.