Ərdoğan təqdimat mərasimində əsəbləşdi - VİDEO+FOTO
28.12.2019
Ötən gün Türkiyə istehsalı olan yeni avtomobil modeli təqdim edilib.
Xəbər verildiyi kimi, təqdimat mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
"TOGG 2022" avtomobilinin təqdimatı zamanı lövhədə yazılan "Made in Turkey" sözü R.T. Ərdoğanın gözündən yayınmayıb. Buna irad bildirən prezident yazının dərhal "Made in Türkiye" olaraq dəyişdirilməsini tələb edib.
Qeyd edək ki, Turkey sözü ingilis dilində həm də "hind toyuğu" mənasını verir.