UEFA Azərbaycanın 7 klubuna vəsait ayırdı
28.12.2019
Bununla bağlı AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumata əsasən, 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı siyahıya uyğun olaraq UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:
"Neftçi” - 56,794.43 avro
"Səbail” - 56,794.43 avro
"Qəbələ” - 56,794.43 avro
"Zirə” - 56,794.43 avro
"Sumqayıt” - 56,794.43 avro
"Sabah” - 56,794.43 avro
"Keşlə” - 56,794.43 avro
Qeyd edilib ki, "Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.