AMEA-da toplantı - "birinci"lər seçiləcək
28.12.2019
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın Ümumi yığıncağı başlayıb.
Xəbər verildiyi kimi, yığıncağın gündəliyinə "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçilməsi məsələləri daxil edilib.
Yığıncaqda AMEA-nın prezidenti Ramiz Mehdiyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Fərəh Əliyeva və başqaları iştirak edir.