21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Müsəlmanlara qarşı haqsızlıq - ölən, yaralanan və minlərlə həbs...

28.12.2019

Hindistanda müsəlman olmayan miqrantlara vətəndaşlıq verilməsini asanlaşdıran, lakin müsəlmanları bu haqdan məhrum edən qanuna qarşı baş qaldıran etiraz aksiyaları davam edir.
Xəbər verildlyl kimi, 9 dekabrdan bəri tüğyan edən aksiyalarda bu günə qədər 25 nəfər həlak olub, çox sayda yaralı var.
5 min 558 nəfər saxlanılıb, onlardan 113-ü həbs edilib.
Qeyd edək ki, qanuna görə, Pakistan, Banqladeş və Əfqanıstanda dini təzyiqlərdən qaçan buddist, fars, hindu, siqh, yəhudi və xristianlar şəxsiyyətlərini və 6 ildən uzun müddət ərzində yaşadıqlarını təsdiq edə bilsələr, vətəndaşlıq əldə edəcəklər. Eyni durumdakı müsəlmanlar isə bundan kənar qalacaq.
Qanun dünyada ən çox müsəlman əhaliyə sahib ikinci ölkə olan Hindistanda 200 milyon müsəlmanı ikinci sinif vətəndaş mövqeyinə gətirmək və bir çoxunu vətənsiz qoymaq məqsədilə qəbul edilmiş kimi dəyərləndirilir.